HƏQİQƏTİ  DÜŞÜNDÜNÜZMÜ?

Biz ayələri öyüd alıb düşünən bir qövmə bir-bir izah etdik. (Ənam surəsi, 126)

Din Əxlaqindan Uzaq Cəmiyyətdən Quran Əxlaqina Keçid


Ancaq kim haqsızlıq edib sonra da pisliyin əvəzinə yaxşılıq edərsə, bilsin ki, Mən Bağışlayanam, Rəhmliyəm! (Nəml surəsi, 11)

...Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik... (Şura surəsi, 52)

Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və Tərifəlayiq Allahın yoluna yönəldilmişlər. (Həcc surəsi, 24)

Hər insanın yaşadığı müddətcə "cahiliyyət" cəmiyyətinin batil təlqinlərindən xilas olub, imana yönəlmə imkanı vardır. Peyğəmbərimiz (s.ə.v) də bir hədisində Qurana və sünnəyə tabe olmaqla əlaqədar olaraq belə buyurmuşdur:


Şübhəsiz ki, ən gözəl söz Allahın kitabıdır. Ən gözəl yol da Məhəmməd (əleyhissalatu vəssəlləm)in yoludur. İşin ən pisi də dinə zidd olaraq sonradan uydurulan şeylərdir. (3. Buhârî, I'tisam 2, Edeb 70)

Uca Rəbbimiz Allah hər cəmiyyətin xəbərdar ediləcəyini bir ayəsində belə bildirmişdir:


Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş heç kəsə əzab vermərik. (İsra surəsi, 15)

Dəvət olunan insanlar müxtəlif cavablar verərlər. Quranda bu cavablar ən incə nöqtəsinə qədər izah edilər. Bu cavabların ən gözəli isə, həqiqi bir möminin verəcəyi; "eşitdik və itaət etdik" ifadəsidir. Ayədə belə bildirilir:


Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!” demələridir. Nicat tapanlar da məhz onlardır. (Nur surəsi, 51)

Quranda din əxlaqına dəvət edildiyi vaxt təkkəbbürlənərək üsyan edənlərdən, hətta düşmənlik bəsləyənlərdən bəhs edilir:


Həqiqəti oyana-buyana çevirən, günaha düşkün hər kəsin vay halına! O, Allahın ona oxunan ayələrini eşidir və sonra da, sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inadkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ. O, ayələrimizdən bir şey öyrəndiyi zaman ona lağ edir. Məhz belələri üçün alçaldıcı bir əzab vardır. (Casiyə surəsi, 7-9)

Bəzilərinin verdikləri reaksiya isə daha fərqlidir. Vicdanı ona doğrunu göstərər, amma içindəki digər bir səs ona daim cahiliyyət cəmiyyətinin batil sistemindən imtina etməməsini təlqin edər. Bu vicdanına zidd təlqinləri də bəzi müdafiə mexanizmlərindən istifadə edərək öz aləmində qanuniləşdirməyə çalışar. Həqiqətdən qaçmaq üçün müxtəlif yolları sınayar. "Onlar mənə həqiqəti söyləyirlər, amma mən iradəsizliyim və ya qürurumdan ötrü tətbiq etmirəm" deyə, içində olduğu vəziyyəti açıq şəkildə ifadə edə bilmədiyi üçün öz zəif ağlına görə ya özünə izah edilən həqiqətlər ya da bunları izah edən möminlər barəsində araşdırmalar aparar.

Ancaq bunu da mütləq söyləmək lazımdır ki, bu səhv yanaşmalar tarix boyu bütün cahiliyyət cəmiyyətlərində eyni şəkildə müşahidə olunmuşdur. Hətta belə ki, tarix boyu bütün cəmiyyətlərdə haqq dini təbliğ edən elçilərə və saleh möminlərə eyni böhtanlar atılmış və bənzər ittihamlara məruz qalmışlar. Ayələrdə belə bildirilmişdir:


Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah elçi göndərmək istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik. (Muminun surəsi, 24)

...Doğrudanmı atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin əqidə barəsində şübhə doğuran şəkk içindəyik”. (Hud surəsi, 62)

Belə bir insan birdən-birə, həmin ana qədər çöldə görüb də qınadığı yanlış və təhrif olunmuş din anlayışının qızğın müdafiəçisinə çevrilər. "Hamı səhv edir də, təkcə sizmi doğru yoldasınız" kimi qəlibləşmiş məntiqlər irəli sürər. Ancaq bilməlidir ki, bu məntiq tamamilə Qurandan kənardır. Çünki Quranda bildirildiyinə görə, doğru, onu qəbul edən insanların sayı ilə müəyyənləşdirilməz. Onsuz da "insanların əksəriyyəti"nin səhv yolda olacaqları Quranda bildirilmişdir:


Əlif. Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən həqiqətdir. Ancaq insanların əksəriyyəti iman etməz. (Rad surəsi, 1)

Tarix boyu bütün peyğəmbərlər vəzifələrini əskiksiz şəkildə tamamlamış və Allahın özlərinə bildirdiyi din əxlaqını insanlara təbliğ etmişdirlər. Allahın yerinə yetirmələrini istədiyi məsuliyyəti tam olaraq yerinə yetirmiş, mükafatlarını da Allah Qatında almışlar.


İnkarçıların İrəli Sürdükləri Bəhanələr Etibarsızdır

Cahiliyyət əxlaqının təsirindən xilas olmaq istəməyən bir adam haqq din özünə təbliğ edildiyi vaxt, səmimi olaraq izah edilənləri dinləmək və vicdanının səsinə qulaq asmaq əvəzinə öz ağlınca izah edilənlərdə müəyyən səhvlər tapmağa çalışar. Heç bir şey bilmədiyi halda, öz başından müxtəlif nümunələr verərək həqiqətləri eşitməmək üçün qulaqlarını tıxayar. Allahın Quranda "məsəl" olaraq qeyd etdiyi inkarçılara aid bu nümunələr, heç bir əsası olmayan yanlış şərhlərdir:


Gör sənə aid hansı məsəlləri çəkdilər! Onlar haqq yoldan azdılar və bir daha o yolu tapa bilməyəcəklər!. (Furqan surəsi, 9)

Bu məsəllərin ən bilinənlərinin sayı 4-5-i keçməz. Məsələn, "donuz əti niyə haramdır?" tez-tez rast gəlinilən suallardan biridir. Donuzun özü murdar bir heyvandır və trixin xəstəliyinin yaranmasına səbəb olar. Bu sualı verən kəslər də ümumiyyətlə donuz ətinin insan sağlamlığına nə qədər zərərli olduğunu bilirlər. Onsuz da səmimi surətdə öyrənmək məqsədiylə bu sualı verməzlər. Öz aləmlərində möminlərə çətinlik çıxartmağa çalışarlar. Ancaq bu insanlar müvəffəqiyyət qazana bilməzlər. Bu həqiqət Quranda belə bildirilir:


Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə Cəhənnəm sakinləridirlər. (Həcc surəsi, 51)

Onlar, insanları Allah yolundan sapdıranlar, onda əyrilik axtaranlar və axirəti inkar edənlərdir. (Hud surəsi, 19)

Bu cür insanlar, göstərdikləri bir misalın etibarsızlığı özlərinə izah edilsə belə, (məqsədləri səmimi surətdə məlumatlanmaq, şübhələrini aradan qaldırmaq olmadığı üçün) onun cavabını alan kimi yeni misallar göstərərlər. Verilən cavablar və nəsihətlər üzərində dürüst şəkildə düşündüyü təqdirdə, bunlar özünə məqbul, məntiqli gələcəkdir. Amma cahiliyyət cəmiyyətinin təlqinləriylə düşündüyü üçün həqiqətləri qavraya bilməz. Bununla da Allahın Quranda bildirdiyi kimi; "qulaqlarını tıxayar" və o mühitdən bir qaçış yolu axtarmağa başlayar. Quranda cahiliyyət cəmiyyətinin bu çirkin rəftarı belə bildirilmişdir:


Sən onları bağışlayasan deyə mən hər dəfə onları dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. (Nuh surəsi, 7)

Öyüd-nəsihətdən qaçan bu cür insanların vəziyyəti vəhşi uzunqulaqlara bənzədilər:


Onlara nə olub ki, nəsihətdən üz döndərirlər? Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki, aslandan qaçırlar. (Muddəssir surəsi, 49-51)

İslama dəvət edildiyi halda, bu cür sadə rəftarlarla özünü haqlı çıxartmağa çalışan adamın "olduqca zalım bir insan" olduğunu isə yenə Qurandan öyrənirik:


İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər? Allah zalım adamları doğru yola yönəltməz. (Saff surəsi, 7)

Haqında danışdığımız inkarçı, hamının özü kimi olduğunu zənn etdiyindən, möminlərin sırf Allah rizasına əsaslanan birlik və həmrəyliyinə də "cahiliyyət" standartlarına görə bir izah tapmağa çalışar. "Bu işin içində bir iş var", "bu dövrdə heç kim heç kimə qara qaşına, qara gözünə görə gəlməz" kimi cahiliyyət cəmiyyətinin bütün çirkinliklərini ifadə edən məntiqsiz açıqlamalarla öz ağlınca hiyləgərliyini ön plana çıxartmağı sınayar. Bəzən də yuxarıdan aşağı baxan lağlağı rəftarlar nümayiş etdirərək çirkin əxlaqını göstərər. Bu mövzuda ən böyük dəstəyi yenə, özüylə eyni qaranlıq ruh halına sahib yaxın ətrafından alar. Quranda bu cür bir adamın möminlərə olan münasibəti və insanları doğru yoldan azdıran yaxın ətrafı ilə olan əlaqəsi belə ifadə edilir:


Onlar iman edənlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz onlara ancaq istehza edirik!” deyirlər. Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər. (Bəqərə surəsi, 14-15)

Əslində Qurana qarşı misal gətirmə, möminlərə qarşı səmimiyyətsiz, qərəzli və pis niyyətli yaxınlaşma tərzi, lağlağı rəftarlar nümayiş etdirmə yalnız bu kimi kəslərə məxsus davranış pozuqluqları deyil. Özündən xeyli əvvəlki dövrlərdə yaşamış və din əxlaqına qarşı çıxmış insanlar da əsrlərdir ki, eyni ağılsız üsullara müraciət etmişlər. Dövrlərin dəyişməsinə baxmayaraq zehniyyət, tətbiq edilən üsul, verilən misallar eynilə davam edir. Həqiqətləri bilə-bilə ört-basdır etmək üçün bu üsula müraciət edənlərin zehniyyəti tarix boyu heç dəyişmədən bu günə qədər davam etmişdir:


Xeyr, onlar da əvvəlki ümmətlərin dedikləri kimi dedilər. (Muminun surəsi, 81)

Bunlarla yanaşı bir qrup da dini öz mənfəətləri istiqamətində təhrif etməyə çalışar. Dini bu şəkildə təhrif etməyə çalışan kimsələr haqqında Quranda bu hökm yer alır:


Sizə nə olub, necə hökm verirsiniz?
Yoxsa sizin elə bir kitabınız vardır ki, onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır?
Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır?. (Qələm surəsi, 36-39)

Qurana tabe olan səmimi bir mömin gördüyü vaxt, yaşadığı günahkarlıq və alçaqlıq duyğusunu gizlətmək üçün özünü təmizə çıxartmağa çalışmaq da, cahiliyyət cəmiyyətlərində tez-tez müraciət olunan üsullardandır. Bu cür insanlar bunu edərkən adətən həmişə eyni qəliblərdən istifadə edərlər. "Əlhamdülillah biz də müsəlmanıq", "mənim atam hacıdır", "nənəm də başını örtərdi", "ailəm çox dindardır", "mən onsuz da bayram namazlarını daim qılıram" kimi sözlərlə bu ruh hallarını ifadə edərlər. Özlərinə din mövzusunda öyüd verilməsindən, xəbərdarlıq edilməsindən, ağıl verilməsindən, doğru olanın tövsiyə edilməsindən xoşlanmazlar.

Bir də; "mən hamınızdan daha dindaram, daha namusluyam, kimin kimdən daha üstün olduğunu təkcə Allah bilər" kimi ifadələrlə özünü üstün görməyə çalışanlar vardır. Əlbəttə ki, kimin üstün olduğunu ən doğru Allah bilər. Lakin Allah üstünlüyün yalnız Özünə bağlı olmaqla, Quranda ifadə edilən mömin xüsusiyyətlərini daşımaqla təmin ediləcəyini də açıq şəkildə bildirmişdir. Quranda bildirilən meyarlar çox açıq və aydın olduğundan, Qurandan xəbəri belə olmayan bir insanın, saxtakarlıqla üstünlük eyhamları etməsinin onu aciz və sadə bir insan mövqeyinə saldığı aydındır.

Bu cür bir rəftar nümayiş etdirən adamın ən böyük səhvlərindən biri də, möminləri aldatdığını zənn etməsidir. Möminlər, Allahın verdiyi qavrama gücü və Quranda bildirdiyi meyarlar sayəsində, qarşı tərəfin ruh halını çox yaxşı şəkildə müəyyənləşdirmə gücünə sahibdirlər. Üstəlik, "kökslərdə olanı bilən" (Ali İmran surəsi, 119) Allah, onsuz da o adamı özündən də yaxşı tanıyır. Haqqında danışılan insan, etdiyi hiyləgərliklərlə digər insanları və öz vicdanını aldatsa belə, Allah Qatında bəhanələrinin heç bir etibarlılığı olmayacaq.



<< Geri <<