HƏQİQƏTİ  DÜŞÜNDÜNÜZMÜ?

Biz ayələri öyüd alıb düşünən bir qövmə bir-bir izah etdik. (Ənam surəsi, 126)

Qurandaki Din və Atalarin Dini


Onlar yaramaz əməl etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir” deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?” (Əraf surəsi, 28)

Onlara: “Allahın nazil etdiyinə tabe olun!” deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)

Qurana və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə əməl olunmadığı bir mühitdə əsl mənada bir dinin yaşandığını düşünmək qeyri-mümkündür. Bu mərhələdə, Qurandakı din ilə, bəzi cəmiyyətlərdə görülən din anlayışının fərqini yaxşı müəyyənləşdirmək. Buna çox diqqət yetirilməlidir: Əgər din, Quranın və sünnələrin tətbiq olunması deyil, əksinə atalardan qalma bəzi səhv düşüncə və batil inancların davam etdirilməsi olaraq başa düşülərsə, o din artıq əsl İslam dini ola bilməz.

Bu gün bəzi cəmiyyətlərdə dindar kimi tanınan bir çox insanın Qurandan və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsindən xəbərsiz olması vəziyyətin təhrif olunduğunu göstərir. Bu kəslər üçün din, sanki atalardan qalan batil bir miras kimi davam edir ki, bunun da (Allahın istəyi xaricində) Allah Qatında hər hansı bir dəyəri olmasını gözləmək səhv olar.

Buddistlərdən totemlərə tapınan Afrika qəbilələrinə qədər bir çox cəmiyyət, dinlərini atadan qalma miras kimi tətbiq edir və bunların heç biri haqq din deyil. Çünki bu dinlərdə məqsəd, haqq dində olduğu kimi Allahın razılığını qazanmaq deyil, çox vaxt bəzi insanlar üçün ənənəni davam etdirmənin bəxş etdiyi nostalji zövqü yaşamaq, bəzən də mənfəət əldə etməkdir.

Quranda bildirilən dindəki təməl isə Allahın razılığıdır. Müsəlman bunu özünə təməl kimi qəbul etməlidir. Bu mövzudakı bir ayə mövzunu izah edir:


Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 109)

Ayədən də aydın olacağı kimi, Allah rizası üzərində qurulmamış bir iman, bunun üzərində qurulmamış bir din anlayışı məqbul olmadığı kimi özü ilə birlikdə qorxunc bir aqibət də gətirir.


<< Geri <<