HƏQİQƏTİ  DÜŞÜNDÜNÜZMÜ?

Biz ayələri öyüd alıb düşünən bir qövmə bir-bir izah etdik. (Ənam surəsi, 126)

Yeni Bir Dünya


Rəbbinin doğru yolu budur. Biz ayələri öyüd alıb düşünən bir qövmə bir-bir izah etdik. (Ənam surəsi, 126)

O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Təmiz ağıl sahibləri də məhz onlardır. (Zumər surəsi, 18)

Bu saytı oxuyan adamdan gözlənilən, həyatının ən əhəmiyyətli mövzusunu yenidən nəzərdən keçirməsidir. Ancaq bunu edərkən, indiyə qədər dəyişməz həqiqət kimi qəbul etdiyi qanunları, sahib olduğu bəzi ön mühakimələrdən xilas olmalıdır. Çünki bir insan, nə olursa olsun bir mövzuya ön mühakimələrlə yaxınlaşsa doğru qərar verə bilməz. Çirkin görmək istədiyi şeyi çirkin görər. Pis olduğuna əvvəldən qərar verdiyi şeyi pis hesab edər.


Bu da bir həqiqətdir ki, bu ön mühakimələr, mühakimə etmədən verilən hökmlər çox vaxt adamın özündən qaynaqlanar.

Yaşadığı cəmiyyət insanı, dünyaya gəldiyi gündən etibarən saysız önmühakimə sahibi birinə çevrilməyə məhkum edir. Onun dəyər mühakimələrini ailəsi, yaxın ətrafı, yoldaşları müəyyənləşdirir. Xüsusilə də müasir cəmiyyətlərdə media insanları müəyyən mövzularda şərt qoymaq istiqamətində böyük bir təsirə malikdir. Qəzet və televiziyalar, özlərinə baxanlara bir çox yaxşı şeyi pis, pis şeyi də yaxşı kimi göstərmə təsirinə sahibdirlər.

Cəmiyyətin özünə aşıladığı qərəzli fikirləri tamamilə qəbul etmiş insan isə şəxsiyyətindən çox şey itirmişdir. Öz ağlı ilə deyil, ətrafdakıların verdiyi təlqinlərlə hərəkət edir. Haqqında danışılan insan bu şəkildə, ancaq özünə doğru kimi göstərilən dəyərləri doğru qəbul edər. Hər dövrdə hər cəmiyyətin fərqli doğrulara inandığını düşünsək, cəmiyyətə qeydsiz-şərtsiz tabe olmağın tamamilə mənasız olduğunu görə bilərik. Bəzi cəmiyyətlər üçün adamyeyənlik normal qarşılanar və ya faşist bir cəmiyyətdə (Nasist Almaniyası kimi) yarı dəli bir liderə qeydsiz-şərtsiz itaət etmək doğru kimi qəbul edilər. Bu nümunələri çoxalda bilərik, amma xülasə şəklində demək istədiyimiz şey, cəmiyyətin yanlış təlqinlərindən xilas olmuş halda düşünmənin ağıl sahibi bir insana yaraşar bir rəftar olmasıdır.

Cəmiyyətin, haqqında saysız ön mühakimələr meydana gətirdiyi mövzuların başında din gəlir. Xüsusilə medianın bəzi seqmentlərinin verdiyi təlqin, din haqqında bəzi kəslər çətinliklə aradan qaldırılacaq bəzi ön mühakimələr meydana gətirmişdir. Heç bir doğru tərəfi olmayan təlqinlərin bir nəticəsi olaraq, din, bir çox insanın elə də əhəmiyyət vermədiyi, üzərində düşünmə gərəyi hiss etmədiyi və mümkün qədər uzaq dayanmağa çalışdığı bir anlayışa çevrilmişdir. Bu düşüncəyə sahib kəslərin, ümumiyyətlə çox şüurlu bir şəkildə belə bir münasibət göstərdikləri deyilə bilməz. Bu kəslərdən soruşulsa ehtimal ki, dindar olduqlarını deyəcəklər, amma həqiqətdə din onlar üçün, həyatlarında ən az əhəmiyyət verdikləri mövzulardan biridir.

Əslində bu adam həyatında bir dəfə belə oturub, ciddi şəkildə, din və özünün din haqqındakı düşüncə və davranışları barəsində də düşünməmişdir. Din əxlaqının niyə mövcud olduğu kimi bir sual üzərində heç ətraflı düşünməmişdir. Onun səhv dünyagörüşünə görə din; ümumiyyətlə yaşlı insanları maraqlandırar, bəzi doğru əxlaqi dəyərləri müdafiə edər, lakin bununla yanaşı bir çox "can sıxıcı" qadağalar və məhdudlaşdırmalar gətirər. Dinə dair tətbiqlərin bəzilərini doğru və yerində, bəzilərini isə öz ağlına görə köhnə və "qeyri-müasir" olaraq qəbul edər. (Allahı və İslam dini tənzih edirik.) Yenə də ümumiyyətlə dini açıq şəkildə inkar etməz. Amma başda söylədiyimiz kimi, din əxlaqından mümkün qədər uzaq dayanar. Dindar olduğunu düşündüyü kəslərlə əsla görüşmək, danışmaq, hətta eyni mühitdə olmaq istəməz. Bu ön mühakiməli və yanlış dünyagörüşünə görə onlar qorxunc və əsrarəngiz insanlardır. Halbuki, bu adam xeyli yanılmışdır. İslam dini estetikanı, keyfiyyəti, nəcibliyi, nəzakəti, gözəlliyi, sevgini, səmimiliyi, mərhəməti, mehribanlığı, düşünməyi, araşdırmağı, ağıllı olmağı tələb edən, səmimi şəkildə bu əxlaqı yaşayanları mənəvi cəhətdən üstün hala gətirən bir dindir.

Dinə istiqamətli bu səhv dünyagörüşü, vurğuladığımız kimi, cəmiyyətin bəzi seqmentlərinin verdiyi təlqinləri bilavasitə qəbul etməkdən, bir sözlə müstəqil şəkildə düşünməməkdən qaynaqlanar. Düşünmənin əhəmiyyəti isə, İslamın təməl qaynağı olan Quran ayələriylə xəbər verilmişdir:


De: “Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?” Onlar: “Allahındır!” deyəcəklər. De: “Yenə də öyüd-nəsihət alıb düşünməyəcəksiniz?” (Muminun surəsi, 84-85)

Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma öyüd alıb düşünən varmı? (Qamər surəsi, 17)

...Budur, Rəbbiniz Allah. Ona ibadət edin. Yenə də öyüd alıb düşünməyəcəksiniz? (Yunis surəsi, 3)

Heç yaradan da yarada bilməyən kimi ola bilərmi?. Öyüd alıb düşünməyəcəksinizmi? (Nəhl surəsi, 17)


Din barəsində cəmiyyətin təlqinlərindən xilas olaraq düşünməyən adam, iki böyük səhvə yol verəcək. Bunlardan birincisi, din əxlaqından uzaq dayanmağa çalışan adamın, dinin mövcud olma səbəbini, yəni Allahı düşünməməsi, tanımaması, daha doğru bir sözlə, Uca Allahın sonsuz qüdrətini qiymətləndirə bilməməsidir. İkinci səhv isə, dinin insanı, çətinlik və təzyiq dolu, mühafizəkar mühitə sürükləyəcəyini və boynuna yaradılışına zidd şeylər etməyi yükləyəcəyini zənn etməsidir. Din adına ortaya çıxan bəzi kəslərin, bəhs olunan mənzərəni, dinin özüymüş kimi göstərmələri də, adamdakı; "din əxlaqını yaşasam istədiklərimi edə bilmərəm" qorxusunun davam etməsinin əhəmiyyətli bir səbəbidir. Halbuki, həqiqətlər bu adamın qənaətindən çox fərqlidir. İslam əxlaqı insanı hər cür təzyiqdən, qorxudan, narahatlıqdan, nigarançılıqdan xilas edər. Adamın daim şən, mülayim, hüzurlu və rahat bir ruh halına sahib olmasını təmin edər. Səmimi şəkildə Qurana və sünnəyə tabe olan bir kimsə, yuxarıda saydığımız ön mühakimələrə sahib bir adamın əsla yaşaya bilməyəcəyi və bəlkə də, xəyal belə edə bilməyəcəyi bir gözəllik və bərəkət içində yaşıyar.


İnsan birinci səhvdən xilas olduqda, yəni özünü yaradan və ona ən yaxın varlıq olan Allahı tanıdıqda, dindən uzaq dayanmağın lazım olduğu şəklindəki batil inancdan da xilas olar. Bu səhvin aradan qaldırılmasının gətirəcəyi zehin açıqlığı və həssaslıq, ikinci səhvin də aradan qaldırılmasını təmin edər. Din görünüşü altındakı başqa strukturlarla əsl din arasındakı bariz fərqləri ayırd edər.

Yekunlaşdırmaq lazımdırsa, din haqqında saysız ön mühakimə meydana gəlmişdir. Lakin, dinə yaxınlaşarkən götürüləcək əsas meyar, insanların din haqqında nə söylədikləri deyil, insanın öz vicdanı olmalıdır. "İnsanların əksəriyyətinə" tabe olmağın insanı doğru yola aparmayacağı Quranda açıq şəkildə ifadə edilmişdir:


Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılar və ancaq “zənn və təxminlə” yalan uydurarlar. (Ənam surəsi, 116)


"Birlik" və ya digər adıyla "sürü psixologiyası"ndan xilas olub, öz vicdanı ilə düşünməyə başlayan insan, Quran ayələrində bildirilən həqiqəti bilavasitə özü görər. O artıq, "insanların böyük hissəsindən" fərqli olaraq yeni bir dünyaya addım atmışdır. Bu addımı özünü keçmiş dünyanın bütün zülmətindən, çətinliyindən, darlığından uzaqlaşdırıb, dinin vəsilə olduğu sonsuz gözəlliklərə və dərin hikmətlərə aparacaq... Bu vaxt dərhal bunu xatırlatmaqda fayda var; din deyərkən Rəbbimizin göndərdiyi son haqq din olan İslamı nəzərdə tuturuq. Çünki Quranda bildirildiyi kimi, "Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır!..." (Ali İmran surəsi, 19)



<< Geri <<