HƏQİQƏTİ  DÜŞÜNDÜNÜZMÜ?

Biz ayələri öyüd alıb düşünən bir qövmə bir-bir izah etdik. (Ənam surəsi, 126)

Quran Barəsində Düşünmək


Biz səndən əvvəl də, ancaq özlərinə vəhy etdiyimiz kişilər (kişi peyğəmbərlər) göndərdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun. Biz onları aydın dəlillər və kitablarla göndərdik. Sənə də Zikri nazil etdik ki, insanlara, onlar üçün nazil olanı izah edəsən və bəlkə onlar da yaxşı şəkildə fikirləşələr. (Nəhl surəsi, 43-44)



Quran barəsində nə bilirsiniz? Yəqin ki, bir çox insan bu suala belə cavab verər: "Quran dinimizin müqəddəs kitabıdır". Bu cavab doğrudur, amma bu kəslərin bir qismi sualın əsl cavabı olan, Quranın məzmunu haqqında elə də bir fikir sahibi deyil. Quran barəsində bəzi cəmiyyətlərdə xalq arasında səhv tətbiqlər və inanclar da vardır. Quran, adətən evlərin divarlarında bəzəkli, qoruyucu bir şey içində asılmış halda dayanar. Müəyyən yaşdan yuxarı yaşa sahib kimsələr tərəfindən oxunulacağı düşünülər. Heç oxumadıqları üçün Quran ayələrinin məzmunu barəsində da heç bir şey bilməzlər.

Bəzi cəmiyyətlərdə Quranın içində nə yazıldığını bilən, Quran üzərində düşünən insanların sayı çox azdır.

Yaxşı, bəs onda Quranın əsl göndərilmə məqsədi nədir? Bunu, yenə Quran ayələrindən öyrənirik. Ayələrdə belə buyurulur:


Bu Quran insanlar üçün bir bildirişdir. Qoy onunla həm xəbərdar olunub qorxudulsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də təmiz ağıl sahibləri yaxşı şəkildə öyüd alıb düşünsünlər. (İbrahim surəsi, 52)

Biz Quranı zikr (öyüd alıb düşünmək) üçün asanlaşdırdıq. Amma heç öyüd alıb düşünən varmı? (Qamər surəsi, 32)

Onların rəvayətlərində təmiz ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müxtəlif formalarda izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)

Bu, qətiyyən şübhə doğurmayan, çəkinənlərə doğru yol göstərən bir Kitabdır. (Bəqərə surəsi, 2)

Yuxarıdakı ayələrdə və bunlara bənzər bir çox ayədə, Quranın göndərilmə məqsədinin; insanları düşünməyə yönəltmək, onlara özlərini yaradan Allahı tanıtmaq, onlara "bələdçi" olub yol göstərmək olduğu bildirilir. Quran, ağıl və vicdanı açıq olan hər insana xitab edən, onları doğru yola çatdıran bir kitabdır.

Onda, əvvəlcə Qurana istiqamətli səhv dünyagörüşü aradan qaldırılmalıdır. Quran bəzilərinin zənn etdiyi kimi yalnız Peyğəmbərimiz (s.ə.v)-ə xitab edən bir kitab deyil. "Müsəlmanam" deyən hər kəs Qurana yönəlməlidir.

Bəzi insanlar müəyyən günlərdə və ya dövrlərdə Quran oxuyarlar və Quran ayələrindən xəbərdardırlar. Ancaq bu kəslər Quranı "oxumaq"la kifayətlənər, beləliklə də, boynuna düşən vəzifəni yerini yetirdiklərini düşünərlər. Əlbəttə ki, "Quran oxumaq" bir ibadətdir və yerinə yetirilməsi zəruridir. Ancaq oxunanları həyata keçirmək, gündəlik həyata tətbiq etmək də çox əhəmiyyətli bir ibadətdir.

Quranın "dövrə uyğunlaşdırılmasının" lazım olduğunu irəli sürən bəzi cahil kəslər isə, Quranın hər dövrü və hər cəmiyyəti əhatə etdiyi xüsusiyyətini görə bilməmişdirlər. Quranı açıq bir zehinlə oxuyan adam görər ki, Quranda izah edilən insan və cəmiyyət xüsusiyyətləri, bu gün də daxil olmaqla tarixin hər dövrünü izah edir.

Din əxlaqından uzaq cəmiyyətlərin etdikləri bütün səhvlər, pozulmalar və azğınlıqlar Quranda izah edilər, həmin cəmiyyətlərin dinə qarşı göstərdikləri reaksiyalar təsvir edilər, xarakterləri haqqında məlumat verilər. Bu məlumatlar hazırkı dövrə də uyğun gəlir və bu da Quranın hər dövrə xitab edən möcüzəvi istiqamətini bir dəfə daha sübut edir.

Quranı tətbiq etmək məqsədiylə oxuyan və əlindən gəldiyi qədər tətbiq etməyə başlayan bir adam (belə ki, o artıq bir "mömin" olma yolundadır) gün keçdikcə Quranın həyatın hər anını necə əhatə etdiyini heyrətlə və Qurana olan inamı artaraq görəcək. Quranda imanlı insanın qarşılaşacağı hadisələr və bu hadisələr qarşısında göstərməli olduğu rəftarlar ən incə nöqtəsinə qədər təsvir edilmişdir. Quranı ancaq "oxumaq"la kifayətlənib, tətbiq etməkdən imtina etmək isə insanı zənn ediləndən daha pis bir mövqeyə salır.

Allah bir ayədə belə buyurur:


Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, amma onlardan faydalana bilməyən uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların məsəli necə də pisdir. Allah zalım adamları doğru yola yönəltməz. (Cümə surəsi, 5)


<< Geri <<