HƏQİQƏTİ  DÜŞÜNDÜNÜZMÜ?

Biz ayələri öyüd alıb düşünən bir qövmə bir-bir izah etdik. (Ənam surəsi, 126)

YENİ BİR DÜNYA



Bu yazını oxuyan insandan gözlənilən, həyatının ən əhəmiyyətli mövzusunu yenidən nəzərdən keçirməsidir. Ancaq bunu edərkən, indiyə qədər dəyişməz həqiqət kimi qəbul etdiyi qanunları, sahib olduğu bəzi ön mühakimələrdən xilas olmalıdır. Çünki bir insan, nə olursa olsun bir mövzuya ön mühakimələrlə yaxınlaşsa doğru qərar verə bilməz. Çirkin görmək istədiyi şeyi çirkin görər. Pis olduğuna əvvəldən qərar verdiyi şeyi pis hesab edər. ardı ...  

TƏMƏL SUALLAR ...


Necə ki, tarix boyu din haqqında araşdırmalar aparan bəzi sosioloqlar, dinin necə meydana gəldiyindən və ya cəmiyyət üzərindəki təsirindən bəhs edən minlərlə cild kitab yazmışlar. Amma bütün bu akademik çalışmalara baxmayaraq, bu kəslər, din əxlaqını həqiqi mənada yaşayan bir adamın dindən anladığı şeylərin mində birini belə anlaya bilməmiş, dinin əslinə, özünə çata bilməmişdirlər. Çünki bu kəslər, dinin təməli olan Allahın vahidliyi və hər şeyi əhatə etdiyi həqiqətini qavraya bilməmişdirlər. Quranda bu cür kəslərin vəziyyəti, "...Onlar elmini qavraya bilmədikləri və özlərinə hələ yozumu gəlməmiş bir şeyi yalanladılar..." (Yunis surəsi, 39) ayəsiylə ifadə edilir.

Allahın varlığı və Ondan başqa İlah olmadığı isə əslində çox açıq bir həqiqətdir. Amma düşünmə tənbəlliyi üzərində qurulan "cahiliyyət cəmiyyəti", (Quranda, İslamdan kənar sosial strukturlar bu sifətlə xarakterizə olunar) bu həqiqəti görə bilməyəcək qədər korlaşmış vəziyyətdədir. Onsuz da "cahil" sifətini də buna görə daşıyır. ardı ... 

Quran Barəsində Düşünmək

Quran barəsində nə bilirsiniz? Yəqin ki, bir çox insan bu suala belə cavab verər: "Quran dinimizin müqəddəs kitabıdır". Bu cavab doğrudur, amma bu kəslərin bir qismi sualın əsl cavabı olan, Quranın məzmunu haqqında elə də bir fikir sahibi deyil. ardı ... 

Qurandakı Din və Ataların Dini

Bu gün bəzi cəmiyyətlərdə dindar kimi tanınan bir çox insanın Qurandan və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsindən xəbərsiz olması vəziyyətin təhrif olunduğunu göstərir. Bu kəslər üçün din, sanki atalardan qalan batil bir miras kimi davam edir ki, bunun da (Allahın istəyi xaricində) Allah Qatında hər hansı bir dəyəri olmasını gözləmək səhv olar. ardı ... 

Əsl Dindarlar və Saxta Dindarlar


Bir insanın və ya bir qrupun mömin olub olmadığını anlamaq bir qədər daha diqqətli bir müşahidə tələb edir. Çünki bir insanın ağzından İslami sözlərin çıxması, o insanın dini sözlərlə danışması onun həqiqi mənada müsəlman, mömin olduğunu göstərməyə bilər. ardı ... 

Quranda Təsvir Edilən Mömin


Müsəlman olmağın ilk şərti tək İlah olan Allaha qulluq etməkdir. İslam, əslində bu şərtin müxtəlif formalarda həyata keçirilməsidir. Bu qanuna əsaslanmayan hər şey İslamdan kənardır, "cahilliyət" aiddir. Amma bu tək cümləylə ifadə edilən həqiqət, insanların zənn etdiyindən olduqca dərin mənalar daşıyır. ardı ... 

Din Əxlaqını Yaşamayan İnsan Modelinin Zərərləri


Möminlərin bura qədər bəhs etdiyimiz bütün bu müsbət xüsusiyyətlərinə baxmayaraq, bir kimsənin din əxlaqından uzaq qalmasının altında yatan səbəbləri başa düşə bilmək üçün bu adamın İslam dini və müsəlmanlar barəsində o günə qədər sahib olduğu təəssüratlara, ön mühakimələrə nəzər salmaq lazımdır.

"Din əxlaqından uzaq" yaşayan insanların ən əhəmiyyətli xüsusiyyəti, başda da ifadə etdiyimiz kimi cəmiyyətin təlqinləri istiqamətində hərəkət etmələridir. Bu insanlar demək olar ki, bütün davranışlarını çoxluğa tabe olma psixologiyası əsasında müəyyənləşdirərlər. Şübhəsiz ki, bu psixologiya onların dinə qarşı olan dünyagörüşlərini də formalaşdırır. ardı ... 


Özümüzü Sorğu-Sual Etmək


Quranda möminlərin xüsusiyyətləri, əvvəlki səhifələrdə izah etdiyimiz şəkildə bildirilir. Allahın, özlərindən razı olduğunu və onları cənnətinə yerləşdirəcəyini bildirdiyi insanlar bəhs etdiyimiz xüsusiyyətlərə malikdir. Yaxşı, bəs görəsən özümüzdən onlara nə qədər bənzədiyimiz soruşduqmu? 

ardı ... 

Dünya və Axirət Həyatı




Əslində indiyə qədər izah edilən bütün pozulmalar, insanın axirət həqiqətini qavraya bilməməsindən qaynaqlanır. Quranda bildirildiyi kimi, Allah dünyanı insanlar üçün müvəqqəti bir yurd kimi yaratmışdır. Bu möminlərin imtahan olunaraq mənfi xüsusiyyətlərindən xilas olması və cənnətə layiq bir xarakter qazanması, inkarçıların da mənfi xüsusiyyətlərinin ortaya çıxması üçündür. ardı ... 

Möminlərin Əsl Yurdu: Cənnət


Möminlərin əbədi yurdu cənnətdir. Allah, dünyada gördükləri işlərin qarşılığını onları cənnətində qonaq qəbul edərək verəcək. Cənnət, insan ruhunun istədiyi hər şeyi, hətta ayələrin bildirdiyinə görə daha da çoxunu özündə saxlayan gözəlliklər məkanıdır. Allahın Rəhim adının ən gözəl formalarıyla ortaya çıxdığı əbədi bir yurddur. 

ardı ... 

Din Əxlaqından Uzaq Cəmiyyətdən Quran Əxlaqına Keçid




Hər insanın yaşadığı müddətcə "cahiliyyət" cəmiyyətinin batil təlqinlərindən xilas olub, imana yönəlmə imkanı vardır. Peyğəmbərimiz (s.ə.v) də bir hədisində Qurana və sünnəyə tabe olmaqla əlaqədar olaraq belə buyurmuşdur:

Şübhəsiz ki, ən gözəl söz Allahın kitabıdır. Ən gözəl yol da Məhəmməd (əleyhissalatu vəssəlləm)in yoludur. İşin ən pisi də dinə zidd olaraq sonradan uydurulan şeylərdir. (3. Buhârî, I'tisam 2, Edeb 70)
ardı ... 

İnkarçıları Gözləyən Cəhənnəm


Cənnət nə qədər gözəllik və nemətlə doludursa, cəhənnəm də bir o qədər çirkinlik və əzabla doludur. Möminlərlə inkar edənlər arasında hələ dünyada olarkən yaranmış uçurum, axirətdə ən yüksək nöqtəyə çatar. Özünü yaradan, yaşadan və dinini ona çatdıran Allahı inkar etmiş və ya Ona tabe olmamış kimsələr əbədi əzabla cəzalandırılar. ardı ... 

Maddənin Ardındakı Sirr


Xarici aləmdə maddə var, ancaq biz maddənin əsli ilə təmasda ola bilmərik!

Maddənin xəyal olduğunu demək, maddənin yox olduğu demək deyil. Əksinə, biz görsək də, görməsək də, maddi dünya mövcuddur. Ancaq biz bu dünyanı beynimizin içində bir surət, başqa bir sözlə, hisslərimizin ifadəsi kimi görürük. Ona görə də, maddə bizim üçün xəyaldır. ardı ...